"ABŞ İrəvan və Bakı arasındakı danışıqları dəstəkləyir"

   "ABŞ İrəvan və Bakı arasındakı danışıqları dəstəkləyir"
  14 May 2024    Oxunub:704
"ABŞ Ermənistan və Azərbaycan arasındakı danışıqlar prosesini dəstəkləməyə davam edir". Bunu brifinqdə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Vedant Patel Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Almatıda aparılan danışıqları şərh edərkən deyib.
"Söhbət Qarabağdan gedirsə, biz sülhün olacağına inanmaqda davam edirik. Tərəflər arasında aparılan danışıqlarla bağlı yeni məlumatım yoxdur, lakin biz bu prosesi dəstəkləməyə davam edəcəyik”, - o bildirib.

Xatırladaq ki, mayın 10-11-də Almatıda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında birbaşa danışıqlar baş tutub. Görüşün təşəbbüskarı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev olub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti