İrəvanda polis maşını jurnalistin üstünə sürdü - Video

   İrəvanda polis maşını jurnalistin üstünə sürdü -    Video
  14 May 2024    Oxunub:781
Ermənistanda polis aksiya zamanı maşını jurnalistin üzərinə sürüb. Bununla bağlı görüntülər yayılıb.
Bildirilib ki, Mediaub.am saytının əməkdaşı Nare Gevorkyan hazırda Nairi tibb mərkəzində müayinədən keçir. Onun ayağı sınıb. Saytın baş redaktoru Liya Xocoyan bəyanat yayaraq bildirib ki, polis maşını jurnalistin üzərinə qəsdən sürüb.

“Biz dinc nümayişçilərə, eləcə də jurnalistlərə qarşı kobud güc tətbiqini qətiyyətlə pisləyirik və Daxili İşlər Nazirliyini bir daha öz həyasız əməkdaşlarına nəzarət etməyə çağırırıq. Qoy polis zabiti rütbəsini və formasını ləkələyən şəxs cəzalandırılsın”, - Xocayan bildirib.

Bundan əvvəl, mayın 13-də İrəvanda polislə etirazçılar arasında toqquşma zamanı daha bir jurnalist və operator yaralanıb.

Xatırladaq ki, Ermənistanda etirazlar aprelin 19-da İrəvan və Bakının Tavuşdan delimitasiyaya başlamağa razılaşdığı məlum olduqdan sonra başlayıb. Mayın 9-da Tavuşdan İrəvana yürüşdən sonra keşiş Baqrat Qalstanyan baş nazir Nikol Paşinyanı istefaya çağırıb. İstefa tələbi cavabsız qalıb, bundan sonra Qalstanyan itaətsizlik aktlarının və baş nazirə qarşı impiçment prosesinin başladığını elan edib.

Şahanə Rəhimli
AzVision.az





Teqlər:





Xəbər lenti