Patruşev yeni vəzifəyə təyin olundu, Peskov postunu qorudu - SİYAHI

   Patruşev yeni vəzifəyə təyin olundu, Peskov postunu qorudu -    SİYAHI
  14 May 2024    Oxunub:735
Rusiya prezidenti Vladimir Putin prezident administrasiyası rəhbərliyinə təyinatlar haqqında sərəncamlar imzalayıb.
Bu barədə Kremlin saytında məlumat verilib. Rusiya dövlət başçısı sərəncamları ilə aşağıdakıları təyin edib:

Anton Vayno - Rusiya Prezidenti Administrasiyasının rəhbəri.
Aleksey Dyumin - Prezidentin köməkçisi.
İqor Levitin - Nəqliyyat sahəsində beynəlxalq əməkdaşlıq üzrə xüsusi nümayəndə.
Nikolay Patruşev - Prezidentin köməkçisi.
Sergey Kiriyenko və Aleksey Qromov - Rusiya Federasiyası Administrasiyası rəhbərinin birinci müavinləri.
Dmitri Peskov - Rusiya Federasiyası Prezidentinin mətbuat katibi və onun administrasiyası rəhbərinin müavini.
Maksim Oreşkin - Prezidentin köməkçisindən Rusiya Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsinə yüksəlib.

AzVision.az


Teqlər:





Xəbər lenti