Yeni müdafiə naziri təyin edildi
Valeriy Qeleteyin bu vəzifəyə təyin olunması təklifi ilə şəxsən Ukrayna prezidenti Pyotr Poroşenko çıxış etmişdi. Ukrayna Ali Radası da prezidentin bu təşəbbüsünü dəstəkləyib.
Müdafiə naziri postuna təyin olduqdan sonra Qeletey Ali Radada çıxış edərək ölkədə sülhün əldə olunması və onun ərazi bütövlüyünün qorunması üçün əlindən gələni edəcəyini bildirib.
Eldar Tanrıverdiyev