Rusiya tezliklə Zvartnots hava limanındakı məntəqəsini bağlayır

   Rusiya tezliklə Zvartnots hava limanındakı məntəqəsini bağlayır
  14 May 2024    Oxunub:541
Rusiya tezliklə Zvartnots hava limanında sərhəd-keçid məntəqəsini bağlayacaq. Bu barədə Federal Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə namizəd Aleksandr Bortnikov Federasiya Şurasında məsləhətləşmələr zamanı bildirib.
Onun sözlərinə görə, Ermənistan müvəqqəti əməliyyat qruplarını Ermənistan-Azərbaycan sərhədindəki demarkasiya xəttindən çıxarmağı və qanuni olaraq müəyyən edilməmiş ərazilərdə mövcudluq problemini aradan qaldırmağı xahiş edib.

Rusiya sərhədçilərinin Zvartnotsdan çıxarılması mayın 9-da məlum olub. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu məsələ iki ölkə liderlərinin mayın 8-də Moskvada keçirilən görüşündə razılaşdırılıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti