Ermənistan və Hindistan arasında müdafiə sahəsi üzrə əməkdaşlıq planı təsdiqlənib - FOTO

Ermənistan və Hindistan arasında müdafiə sahəsi üzrə əməkdaşlıq planı təsdiqlənib  -    FOTO
  14 May 2024    Oxunub:1181
Ermənistanın Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Levon Ayvazyan və Hindistan Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq üzrə birgə katibi Şri Vişveş Neginin rəhbərliyində iki ölkə arasında ilk dəfə müdafiə sahəsində məsləhətləşmələr baş tutub.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, məsləhətləşmələrdə müdafiə sahəsində, hərbi-texniki əməkdaşlıq, hərbi təhsil, şəxsi heyətin taktiki hazırlığı, təcrübə mübadiləsi və digər sahələrdə əməkdaşlıq, eyni zamanda, regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

Məsləhətləşmələrdə protokol da imzalanıb və ölkələrin müdafiə nazirlikləri arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Planı təsdiqlənib. Müdafiə sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupun yaradılacağı bildirilib.

AzVision.az


Teqlər: Ermənistan   Hindistan   müdafiə  





Xəbər lenti