Narkokuryerdən 2kq-dan artıq narkotik götürülüb

Narkokuryerdən 2kq-dan artıq narkotik götürülüb
  15 May 2024    Oxunub:481
Ucarda narkokuryer saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş İlqar Gözəlov saxlanılıb.

Ondan 2 kiloqramdan artıq tiryək və marixuana aşkarlanıb. Araşdırmalarla zamanı İ.Gözəlovun maddi gəlir qarşılığında narkokuryerlik etdiyi müəyyən edilib. Faktla bağlı Ucar RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti