Bakıda növbəti "FinTex" sammiti keçirilir

Bakıda növbəti "FinTex" sammiti keçirilir
  15 May 2024    Oxunub:721
Builki sammit "Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik" mövzusuna həsr edilib.
AzVision.az xəbər verir ki, bu ilki sammit açılış nitqi və 8 paneldən ibarətdir.

Açılışda Azərbaycan Mərkəzi Bankı, Banklar Assosiasiyası, "Visa", İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Türkiyənin Bank Tənzimləmə və Nəzarət Agentliyinin rəhbər şəxslərinin çıxışları gözlənilir.

Ümumilikdə, ikigünlük tədbirə 300-ə yaxın tərəfdaş və iştirakçı şirkət, 1500 yerli və xarici iştirakçının qoşulacağı gözlənilir.

Sammit sabah başa çatacaq.

AzVision.az


Teqlər: Bakı   FinTex   sammit  





Xəbər lenti