Ölkədə elektrik enerjisinin istehsalı azalıb

Ölkədə elektrik enerjisinin istehsalı azalıb
  15 May 2024    Oxunub:730
Bu ilin yanvar-aprel ayları üzrə operativ məlumatlara əsasən, respublikada elektrik enerjisinin istehsalı 9 248,6 mln. kVt·st olub ki, bu, illik müqayisədə 6,1% azdır.
Energetika Nazirliyindən AzVision.az -a verilən məlumata görə, bu dövrdə elektrik enerjisi istehsalı İstilik Elektrik Stansiyalarda 8 198,0 mln. kVt·st, Su Elektrik Stansiyalarda keçən ilin müvafiq dövrünə nisbətən 332,6 mln. kVt·st artımla 794,6 mln. kVt·st, digər mənbələr üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 131,9 mln. kVt·st artımla 255,9 mln. kVt·st. təşkil edib.

Yanvar-aprel ayları üzrə elektrik enerjisinin idxalı 62,2 mln. kVt·st, ixracı isə 407 mln. kVt·st olub.

2024-cü ilin aprelində respublika üzrə elektrik enerjisinin istehsalı 2 108,5 mln. kVt·st olub. Bu ayda elektrik enerjisinin idxalı 17,9 mln. kVt·st, ixracı isə 48,5 mln. kVt·st təşkil edib.

AzVision.az


Teqlər: enerji   istehsal  





Xəbər lenti