Rusiya Aİ missiyasını Azərbaycana qarşı təxribatda ittiham edir

   Rusiya Aİ missiyasını Azərbaycana qarşı təxribatda ittiham edir
  15 May 2024    Oxunub:934
"Aİ missiyası Ermənistana qonşu olan Azərbaycan, İran və Rusiyaya qarşı açıq-aşkar təxribat xarakterli əməllər törədir".
AzVision.az xəbər verir ki, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin "News.ru" portalına müsahibəsində belə deyib.

"Missiyanın Aİ-nin hibrid müharibəsinin alətinə çevrilməsi faktı onun məxfiliyini və ona nə Ermənistan, nə Azərbaycan, nə də digər maraqlı dövlət və strukturlar tərəfindən nəzarətin olduğunu təsdiqləyir" , - Rusiya XİN rəhbərinin müavini bildirib.

O bildirib ki, missiyanın fəaliyyəti təxribat xarakterlidir və anti-Rusiya təbliğatı ilə məşğuldur: bundan başqa, Ermənistan cəmiyyətində guya Avropa İttifaqının Ermənistan üçün "təhlükəsizlik və rifah mənbəyi" olması barədə yanlış fikirlər aşılayır:

"Üstəlik, Aİ üzvlərinin fəaliyyəti getdikcə daha çox anti-Azərbaycan və anti-İran xarakter alır".

Qaluzin sözlərinə görə, Qərbin regionu hərbiləşdirmək, burada Aİ və NATO-nun hərbi-siyasi təsirlərini genişləndirmək planları regional təhlükəsizliyin, sabitliyin və sosial-iqtisadi inkişafın təminatına imkan verməyəcək.

"Rusiya Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının tam şəkildə açılmasının tərəfdarıdır. İrəvan Qərbin təzyiqi ilə bu yolda da üçtərəfli əməkdaşlığı dondurmaq qərarına gəlib", - diplomat vurğulayıb.

Röya Əliyeva
AzVision.az


Teqlər: Azərbaycan   Rusiya   Avropa-İttifaqı  





Xəbər lenti