Paytaxtda səhər saatlarında iki avtomobil toqquşdu - Video

   Paytaxtda səhər saatlarında iki avtomobil toqquşdu -    Video
  15 May 2024    Oxunub:845
Səhər saatlarında Yasamal rayonu, Abbas Mirzə Şərifzadə və Əsəd Əhmədov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) Mətbuat Xidmətindən AzVision.az -a bildirilib ki, iki avtomobilin toqquşması ilə nəticələnən qəzada bir ədəd işıqfor dirəyi yararsız hala düşüb.

Qurumun texniki əməkdaşları əraziyə cəlb olunublar və işıqforun yenisi ilə əvəzlənməsi işləri görülür.

NİİM sürücülərin diqqətinə çatdırır ki, yollarda işıqforlar hansısa səbəbdən işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab olunur. Bu zaman onlar “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsində qeyd olunanları əsas götürərək yollarına davam etməlidirlər.

Həmin görüntüləri təqdim edirik:



AzVision.az


Teqlər:





Xəbər lenti