Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib

Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib
  15 May 2024    Oxunub:708
Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində iki silah aşkarlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Penitensiar xidmətdən bildirilib. Məlumata görə, Əliyev Cavid Əlihüseyn oğluna məxsus bir ədəd “TOZ-8M” markalı yivli tüfəng və 1 ədəd “Makarov” markalı pnevmatik tapança Sabirabad rayonu, Qaranuru kənd qəbiristanlığı ərazisində aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti