"Bakı Metropoliteni" yayılan videogörüntülərə münasibət bildirib

"Bakı Metropoliteni" yayılan videogörüntülərə münasibət bildirib
  15 May 2024    Oxunub:816
Vaqonlararası keçid qapılarına, eləcə də kənar əşyalar və digər məsələlərlə bağlı sonuncu stansiyalarda, xüsusən müvafiq yoxlama şəraiti olan "Həzi Aslanov" stansiyasının dalan yolunda maşinist tərəfindən qatara vizual baxış keçirilir.
QSC-dən AzVision.az -a verilən məlumata görə, sərnişinlərin bu qapıları qatar yollarda hərəkət edərkən açması hallarına rast gəlinir. Bu barədə hazırda müvafiq araşdırma aparılır.

Sərnişinlərdən xahiş edilir ki, bu kimi hallarla rastlaşdıqda vaqondakı rabitə vasitəsilə maşinistə və yaxud stansiyalarda olan əməkdaşlara məlumat verilsin. Metropolitendən istifadə edərkən təhlükəsizlik tələblərinə, istifadə qaydalarına əməl olunması və ictimai asayişin pozulmaması naminə bu kimi halların qarşısının alınmasında məhz sərnişinlərdən daxil olan məlumatların xüsusi əhəmiyyəti var.

AzVision.az


Teqlər: Bakı-metrosu  





Xəbər lenti