Zelenski: "Slovakiya Baş nazirinə hücum dəhşətlidir"

      Zelenski:    "Slovakiya Baş nazirinə hücum dəhşətlidir"
  15 May 2024    Oxunub:977
Ukrayna Prezidenti Volodimir Zelenski Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsd aktına münasibət bildirib.
AzVision.az xəbər verir ki, o bu barədə "X" hesabında yazıb.

"Tərəfdaş qonşumuzun hökumət başçısına qarşı zorakılıq aktını qətiyyətlə pisləyirik. Zorakılığın heç bir ölkədə, heç bir forma və ya sahədə normaya çevrilməməsi üçün hər cür səy göstərilməlidir. Ümidvarıq ki, Robert Fitso tezliklə sağalacaq. Slovakiya xalqı ilə həmrəyliyimizi bildiririk", - o vurğulayıb.

Eyni zamanda, Böyük Britaniyanın Baş naziri Rişi Sunak da slovakiyalı həmkarının üzləşdiyi sui-qəsdlə bağlı "dəhşətə düşdüyünü" dilə gətirib.

"Bütün dualarımız Baş nazir Fitso və ailəsi ilədir", - o, "X"də yazıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Slovakiya   Ukrayna   Britaniya   Baş-nazir   sui-qəsd  





Xəbər lenti