Mağazada baş verən yanğın söndürülüb - YENİLƏNİB-2 - VİDEO

 Mağazada baş verən yanğın söndürülüb -  YENİLƏNİB-2 - VİDEO
  16 May 2024    Oxunub:1728
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən tam söndürülüb.
FHN-dən bildirilib ki, həyata keçirilmiş tədbirlər sayəsində yanğının əraziyə bitişik yerləşən evlərə, o cümlədən çoxmərtəbəli yaşayış binasına, habelə geniş sahəyə yayılaraq digər obyektlərə keçməsinə imkan verilməyib.



***

Paytaxtın Azadlıq prospektindəki "Ağ çiçəyim" gül mağazasında qeydə alınıb.

DİN-in Mətbuat Xidmətindən AzVision.az-a bildirilib ki, yanğınla əlaqədar əraziyə polis əməkdaşları cəlb ediliblər.

Təhlükəsizlik tədbirləri görülür.

* * *

23:44
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən gül mağazasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Nazirlikdən AzVision.az -a verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: hadisə   yanğın   FHN  





Xəbər lenti