Səsvermənin nəticələri barədə RMF24 radiostansiyası məlumat yayıb. Seymin 381 deputatı layihənin lehinə, 19-u əleyhinə səs verib, 20 deputat isə bitərəf qalıb. Keçmiş hakim "Qanun və Ədalət" partiyası və ifrat sağçı "Konfederasiya" qrupunun təklif etdiyi düzəlişlər sənədin yekun mətninə daxil edilməyib. Tərəflər hərbi yaşında olan ukraynalıların Polşada sosial yardım almaq hüququndan məhrum edilməsini təklif ediblər.
Qanun layihəsi indi təsdiqlənmək üçün Senata göndəriləcək, bundan sonra prezident onu imzalamalı olacaq. Qanun təsdiq olunarsa, iyulun 1-dən qüvvəyə minəcək.
İlkin Nəcəfzadə
AzVision.az