Güllələnən Baş nazirin vəziyyəti necədir?

  Güllələnən Baş nazirin vəziyyəti necədir?
  16 May 2024    Oxunub:783
Ötən gün güllələnən Slovakiyanın Baş naziri Robert Fitsonun həyatı üçün təhlükə hələ də qalmaqdadır. Bu barədə Slovakiyanın Markiza telekanalı mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, bir neçə saat çətin əməliyyat həyata keçirilib.
Slovakiya Baş nazirinə qarşı sui-qəsd işi üzrə istintaq başlayıb - FOTO/VİDEO - YENİLƏNİB


Xatırladaq ki, Robert Fitsoya qarşı sui-qəsd cəhdi çərşənbə günü Bratislavadan 190 kilometr aralıda yerləşən Gandlova şəhərində hökumətin iclasından sonra baş verib. Baş nazir helikopterlə xəstəxanaya aparılıb. Daxili İşlər Nazirliyi Fitsonun vəziyyətinin ağır olduğunu bildirib.

Slovakiya Baş naziri Robert Fitsoya qarşı sui-qəsdin ölkəcə məşhur 71 yaşlı yazıçı, "Mütərəqqi Slovakiya" müxalifət partiyasının tərəfdarı Yuray Çintula tərəfindən həyata keçirildiyi müəyyənləşib. Şahidlər onun hücumdan qabaq Baş nazirə "Robo, bura gəl!" dediyini eşidiblər.

Sui-qəsdi törədən yazıçı hadisə yerindəcə saxlanılıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti