Ruslar Azərbaycanı “Yeni SSRİ”də görmək istəmir
Lakin rəyi soruşulanların 41 faizi hesab edir ki, Avrasiya İttifaqı öz forma və prinsiplərinə malik tamamilə yeni birlik olmalıdır. Bu mövqedə olanlar əsasən yüksək təhsilə malik respondentlərdir.
Rəyi soruşulanların 27 faizi isə hesab edir ki, bu ittifaq SSRİ-nin yeni forması olmalıdır. Bu zaman ittifaqa daxil olan ölkələr siyasi müstəqilliklərini saxlaya bilər.
Daha 10 faiz isə hesab edir ki, Avrasiya İttifaqı Avropa İttifaqının analoqu olacaq.
Çox maraqlıdır ki, rəyi soruşulanların 34 faizi Avrasiya İttifaqının paytaxtı kimi Rusiyanın Yekaterinburq şəhərini görmək istəyir. Moskvanın paytaxt olmasını 22 faiz dəstəkləyir. Astananı paytaxt kimi görmək istəyənlər isə 16 faiz təşkil edir. Belarusun paytaxtı Minski cəmi 5 faiz paytaxt kimi qəbul edə bilər.
Bəs rusiyalılar daha hansı ölkəni bu ittifaqın üzvü kimi görmək istərdi?
Rəy sorğusuna əsasən 45 faiz Ermənistanın bu ittifaqa daxil olmasını istəyir. Azərbaycanın ittifaqa üzv olmasının tərəfdarları 23, Qırğızıstan və Moldovanın üzvlüyünün tərəfdarları isə 20 faiz təşkil edir.
17 faiz hesab edir ki, Özbəkistanı da ittifaqa qoşmaq lazımdır. Tacikistan və Gürcüstana gəldikdə isə bu rəqəm 14 faiz təşkil edir.
Rəy sorğusu Rusiyanın 42 vilayətində 130 yaşayış məntəqəsində 1600 nəfər arasında keçirilib. Nəticələrdə xəta 3,4 faizdən çox deyil.
Teqlər: