"Rusiyadan Türkiyə və İran sərhədi ilə bağlı xahiş etməmişik" - Qriqoryan

 "Rusiyadan Türkiyə və İran sərhədi ilə bağlı xahiş etməmişik" -  Qriqoryan
  17 May 2024    Oxunub:1265
"İrəvan Moskvadan Rusiya sərhədçilərini Ermənistanın Türkiyə və İranla sərhədində yerləşdirməsini xahiş etməyib. Bu məsələ razılaşma yolu ilə tənzimlənir".
Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Rusiya tərəfi bizdən Türkiyə və İranla həmsərhəd əraziləri tərk etmələrini istəyib-istəmədiyimizi soruşdu. Onlara cavabımız belə oldu: Zvartnots hava limanından, Ermənistan-Azərbaycan sərhədindəki 17 sərhəd məntəqəsindən geri çəkilsinlər, Sisian və Gorusda sülhməramlıların iki dayaq bazası ləğv edilsin” .

Qriqoryan bildirib ki, İran və Türkiyə ilə sərhəddə Rusiya sərhədçilərinin yerləşdirilməsi müqavilə ilə tənzimlənir və rusiyaya bildirilib ki, bu məsələ hazırda müzakirə olunmur.

"Ümumilikdə deyə bilərəm ki, bizim Rusiyadan belə bir xahişimiz olmayıb”,-Qriqoryan bildirib.

Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya hərbçilərinin və sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılmasının iki ölkə liderlərinin mayın 8-də Moskvada keçirilən görüşündə razılaşdırıldığını bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti