"Xəzri" finalın ilk oyununda "Sabah"a qalib gəlib
!["Xəzri" finalın ilk oyununda "Sabah"a qalib gəlib "Xəzri" finalın ilk oyununda "Sabah"a qalib gəlib](https://azvision.az/photos/2024/05/17158825865400412505_1200x630-1715886427.jpg)
Görüş ikincilərin 95:70 hesablı qələbəsi ilə yekunlaşıb.
Seriyanın ikinci qarşılaşması mayın 19-da, üçüncü oyunu isə 22-də baş tutacaq. Final seriyasında qarşılıqlı qələbələr olarsa, 4-cü və 5-ci matçlara ehtiyac duyulacaq.
"Sabah" yarımfinalda "Xırdalan"ı, "Xəzri" isə "NTD-İndiqo"nu mübarizədən kənarlaşdırıb. Ötən gün III uğrunda ilk oyunda "NTD-İndiqo" "Xırdalan"A 95:79 hesabı ilə qalib gəlib. Bu komandaların ikinci dueli mayın 18-də keçiriləcək.
AzVision.az