BMT kasıblayıb: İşçilərə kondisioner yandırmağa icazə verilmir

  BMT kasıblayıb:  İşçilərə kondisioner yandırmağa icazə verilmir
  17 May 2024    Oxunub:724
Birləşmiş Millətlər Təşkilatı (BMT) ciddi maliyyə çətinliyi yaşayır.
AzVision.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

ABŞ BMT-nin maliyyələşdirilməsini dayandıra bilər
Bildirilib ki, BMT-nin mənzil-qərargahında operatorlara və tərcüməçilərə iş vaxtından artıq işləmək qadağan edilib. Eyni zamanda yeni işçilərin işə götürülməsi müvəqqəti dayandırılıb. Nəşrin yazdığına görə, Nyu -Yorkdakı binada kondisionerlərin söndürülməsi də tapşırılıb.

Qeyd olunur ki, təşkilata üzv olan ölkələr ödənişlərini gecikdirirlər. Onlar arasında ABŞ və Çin də var.

Bundan əlavə, koronavirus pandemiyası və ABŞ-nin keçmiş prezidenti Donald Trampın dünya təşkilatına ayrılan maliyyəni azaltmaq qərarına görə vəziyyət daha da pisləşib.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:   BMT   ABŞ   ÇİN  





Xəbər lenti