İran zindanlarında məhbuslara böcəklərlə işgəncə verilir

   İran zindanlarında məhbuslara böcəklərlə işgəncə verilir
  17 May 2024    Oxunub:732
Tehrandakı Evin zindanında həbsdə olan və adı açıqlanmayan siyasi məhbusun yazdığı məktubun yayılması və həbsxanada yataq böcəklərinin olması barədə şikayəti ilə İran zindanları və təcridxanalarındakı vəziyyətin pis olması növbəti dəfə hüquq müdafiəçilərinin və siyasi məhbusların müzakirə mövzusuna çevrilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı güneyli milli fəal və siyasi məhbus Abbas Lisaninin “Telegram” kanalına əsasən xəbər verir.

“Yataq qurdlarına dözmək işgəncəsi bizim məhkumluğumuzun bir hissəsidir. Bəzi məhbuslar yataq böcəyinin dişləməsi səbəbindən gecələr yata bilmir və yuxu dərmanı istifadə etmək məcburiyyətində qalırlar”, - deyə Evin zindanının səkkizinci bölməsində saxlanılan siyasi məhbus məktubunda yazıb.

Məktubun yayılmasından sonra İranın Ədliyyə-Məhkəmə Sisteminə bağlı media qurumu Evin zindanında böcəklərin olmasını inkar edib. Halbuki bir çox güneyli siyasi məhbus həbs müddətində bu işgəncəyə dəfələrlə etiraz edib.



AzVision.az


Teqlər:





Xəbər lenti