Veteran polislərə hədiyyələr verildi

Veteran polislərə hədiyyələr verildi
  04 İyul 2014    Oxunub:1173
Bu gün YAP Gəncə şəhər Təşkilatının Qərargahında veteran polislərlə görüş keçirilib.
AzVision.az-a daxil olan məlumata görə, tədbiri giriş sözü ilə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev açıb. Azərbaycan polisinə diqqət və qayğının bu gün ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini bildirən şəhər Təşkilatının sədri qeyd edib ki, asayişin qorunması etibarlı əllərdədir. Ali Baş Komandanımız, Prezident İlham Əliyev Azərbaycan polisinin fəaliyyətini yüksək dəyərləndirir. Gəncə şəhər Baş Polis İdarəsinin Polis Veteranları Şurasının sədri Nofəl Hacıyev çıxışında bildirib ki, Azərbaycan polisi fəaliyyətinin 96-cı ildönümünü alnıaçıq, yüksək əhval-ruhiyyə ilə qeyd edir. Hər zaman olduğu kimi, bu gün də Azərbaycanda cinayətkarlığa qarşı barışmaz və kəskin mübarizə aparılır. Son dövrlər ölkəmizdə daxili işlər orqanları tərəfindən həyata keçirilən operativ əməliyyat və profilaktik tədbirlər nəticəsində cinayətlərin açılma faizi çoxalıb, respublika üzrə kriminogen vəziyyət xeyli sabitləşib. Sevindirici haldır ki, hazırda polis işçiləri müasir tələblərə uyğun inzibati binalar, maşınlar və digər lazımi ləvazimatlarla təchiz olunub. Tədbirin sonunda veteran polislərin bir qrupuna YAP Gəncə şəhər Təşkilatı tərəfindən qiymətli hədiyyələr təqdim olunub.


Teqlər:





Xəbər lenti