Belarus Ağdamda 420 evlik qəsəbə tikəcək

   Belarus Ağdamda 420 evlik qəsəbə tikəcək
  17 May 2024    Oxunub:836
Belarus Ağdamda 420 ailəlik qəsəbə tikəcək. BELTA xəbər verir ki, bu barədə jurnalistlərə Belarusun memarlıq və tikinti naziri Ruslan Parhamoviç məlumat verib.
“Biz Kənd təsərrüfatı şəhərciyinin tikintisi ilə bağlı razılığa gəlmişik. Azərbaycanlı həmkarlarımızla birlikdə işləyəcəyik. Məqsədimiz insanları təkcə rahat mənzillə deyil, həm də layiqli iş yerləri ilə təmin etməkdir”, - Ruslan Parhamoviç bildirib.

“Biz həm mənzil, həm də infrastruktur: nəqliyyat, mühəndislik və sosial obyektlərin inşasını planlaşdırırıq. Bunlar sınaq obyektləri olacaq.

Qarşıdakı bir neçə ay ərzində artıq konsepsiya hazırlayıb azərbaycanlı həmkarlarımıza təqdim edəcəyik, təsdiq edildikdən sonra tikinti işlərinə start verəcəyik

Hər şey qaydasında gedərsə, yaxın gələcəkdə işləri daha da genişləndirəcəyik”, - deyə nazir qeyd edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti