Aynişan universiteti qırmızı diplomla bitirdi

Aynişan universiteti qırmızı diplomla bitirdi
  04 İyul 2014    Oxunub:9642
Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva bu il məzun olub
Gənc ifaçı oxuduğu universiteti qırmızı diplomla bitirib. Bu haqda "Gündəlik” verilişinə qonaq olan Aybəniz Haşımova danışıb:

“Qızım bir müddətdir, müğənni kimi fəaliyyətinə ara verib. Universitet dərslərinə ciddi hazırlaşırdı. Bu il qırmızı diplomla məzun oldu. Magistraturaya gedəcək, oranı da qırmızı diplomla bitirməsini gözləyirəm. Əslində, onu bu sahədə görmək istəmirdim. Başqa vəzifəyə sahib olmasını arzulayırdım. Amma maraq göstərdi, mən də razılaşdım”.

Qeyd edək ki, Aynişan Quliyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. (axsam.az)


Teqlər:





Xəbər lenti