Qırğızıstanda kütləvi dava: 29 nəfər yaralandı
![Qırğızıstanda kütləvi dava: 29 nəfər yaralandı Qırğızıstanda kütləvi dava: 29 nəfər yaralandı](https://azvision.az/photos/2024/05/72c98400-9bff-3738-a63d-e2fb4589f03e_850-1716016011.jpg)
Qeyd lunub ki, Bişkek şəhər xəstəxanasında qapalı kəllə-beyin travması və beyin silkələnməsi olan iki xəstə var, onların vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir.
Ölkənin səhiyyə naziri Alımkadır Beyşenaliyev yaralı Pakistan vətəndaşına çənə sınığı diaqnozu qoyulduğu xəstəxananın üz-çənə cərrahiyyəsi şöbəsində olub. Şöbədən əlavə ediblər ki, xəstə əməliyyata hazırlanır.
Qeyd edək ki, mayın 13-də əcnəbi tələbələrin yaşadığı yataqxanalarından birinin həyətində kütləvi dava baş verib. Hadisə zamanı bir neçə yerli sakin döyülüb. Yerli KİV-in məlumatına görə, mayın 17-si axşam yüzlərlə yerli sakin yataqxananın qarşısında toplaşıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub və təxribatlar törətmək istəyən silahlı şəxslər saxlanıb.
AzVision.az
Teqlər: