Paris Rusiya əleyhinə “çox məxfi” bölmə hazırlayır

   Paris Rusiya əleyhinə    “çox məxfi” bölmə    hazırlayır
  18 May 2024    Oxunub:824
Fransanın silahlı qüvvələri Ukraynada Rusiya ordusu ilə döyüşlərdə faydalı olacaq hücum əməliyyatlarını dəstəkləmək üçün yeni kəşfiyyat bölməsi hazırlayır.
AzVision.az xəbər verir ki, bu bölmənin Estoniyadakı təlimlərini izləməyə müvəffəq olmuş “RTL” radiostansiyasının müxbiri belə məlumat yayıb.

“Biz daxil olacağıq, düşmən mövqelərinə yaxınlaşmağa çalışacağıq və hətta onlardan yan keçəcəyik. Sonra kəşfiyyat baxımından iki qərarımız olacaq. Dronumuzu yönəldəcəyik və ya köhnə yaxşı üsuldan - gözlə müşahidədən istifadə edəcəyik. Ətrafı bir az görə bilərik. Bu, Ukraynada və Şərqin böyük düzənliyində gördüyümüzə çox bənzəyir. Ona görə də bu, bizim üçün çox maraqlıdır”, - FRAN dəstəsinin üzvlərindən biri, böyük serjant Kenten deyib.

İddia edilir ki, bu bölmənin döyüşçüləri kamuflyaj sayəsində “kolluqlarda saatlarla gizlənə bilirlər” və düşmənin 200-300 m yüksəklikdən müşahidə olunması üçün pilotsuz təyyarələrdən istifadə edirlər. “Çox məxfi əsgərlərin eksperimental bölməsi” düşmən qalalarını müəyyənləşdirmək və səngərlərə giriş nöqtələrini axtarmaq, habelə onları ələ keçirəcək hücum qruplarının hərəkətlərini əlaqələndirmək üçün nəzərdə tutulub.

Sahil İsgənədrov
AzVision.az


Teqlər: Fransa   Ukrayna   Rusiya  





Xəbər lenti