Cüdoçularımız dünya çempionatında mübarizəyə başlayır
![Cüdoçularımız dünya çempionatında mübarizəyə başlayır Cüdoçularımız dünya çempionatında mübarizəyə başlayır](https://azvision.az/photos/2024/05/17160916186239344208_1200x630-1716095647.jpg)
Kişilər arasında Balabəy Ağayev və Turan Bayramov (hər ikisi 60 kiloqram), qadınların mübarizəsində isə Leyla Əliyeva (48 kiloqram) qüvvəsini sınayacaqlar.
İlk görüşlərdə B. Ağayev Muhammadsoleh Quvatov (Tacikistan) / Miçel Auqsto (Braziliya) cütünün qalibi ilə, T. Bayramov Ariunbold Enxtayvan (Monqolustan) ilə, L.Əliyeva isə Kristina Dudina (Fərdi Neytral İdmançılar - AIN) ilə qarşılaşacaq.
Qeyd edək ki, mayın 23-dək davam edəcək dünya çempionatında 100-dən çox ölkədən 700-ə yaxın idmançı mübarizə aparacaq. Azərbaycan millisi turnirdə qadınlar və kişilər arasında 8 çəki dərəcəsi üzrə ümumilikdə 11 cüdoçu ilə təmsil olunur.
AzVision.az
Teqlər: