Erməni xüsusi təyinatlıları delmitasiya aparılan kəndə girişi bağladı

   Erməni xüsusi təyinatlıları delmitasiya aparılan kəndə girişi bağladı
  19 May 2024    Oxunub:1292
Ermənistan xüsusi təyinatlıları delimitasiyası işlərinin aparıldığı Tavuş vilayətinin Kirants(Xeyrımlı) kəndinə gedən bütün yolları bağlayıb.
Onlar hətta müxalif deputatları kəndə buraxmırlar. Kəndə yalnız yerli sakinlərin daxil olmasına icazə verilir. Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) bildirib ki, sərhədçilər sərhədi mühafizə etməyə hazırlaşır.

Kənd sakinləri iddia edirlər ki, delimitasiya nəticəsində kənddəki bəzi evlər və onu xarici aləmlə birləşdirən körpü də Azərbaycanın nəzarətinə keçəcək.

Baş nazir Nikol Paşinyan hökumətin iclasında bu məlumatı təkzib etməyib və qeyd edib ki, “ortaya çıxan hər hansı problem Kirants sakinlərinin deyil, hökumətin problemidir”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti