İran hökuməti fövqəladə iclas keçirəcək

   İran hökuməti fövqəladə iclas keçirəcək
  20 May 2024    Oxunub:1174
İran hökuməti prezident Rəisinin ölüm xəbəri yayıldıqdan sonra fövqəladə iclas keçirəcək. Bu barədə İRNA məlumat yayıb.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin bütün sərnişinləri həlak olub.

Bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kulivand bildirib.

“Qəzaya uğrayan helikopterin yeri tapıldıqda, onun sərnişinlərinin canlı olmasına dair heç bir əlamət aşkar edilməyib”, - o deyib. Təyyarədə həmçinin xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim də olub.

İran vitse-prezidenti Mənsuri də prezident Rəisinin helikopter qəzasında öldüyünü təsdiqləyib. İran dövlət televiziyası prezident Rəisinin vəfatı barədə rəsmi məlumat yayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti