İŞİD iranlıları uçurumdan atdı - VİDEO

İŞİD iranlıları uçurumdan atdı - VİDEO
  04 İyul 2014    Oxunub:876
İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının yeni edam görüntüləri yayılıb.
AzVision.az-ın Anspress-ə istinadən verdiyi məlumata görə, İŞİD terror qruplaşmasının bu dəfəki qurbanları iranlı vətəndaşlar olub. İŞİD silahlıları onların əl-qolunu bağlayıb başlarına torba keçirərək meydanda hamının qarşısında cəzalandırıldıqlarını elan edirlər.

Daha sonra isə silahlılar əl-qolu bağlı qurbanları qayalıq bir yerə apararaq "Allahu əkbər" nidaları altında uçurumdan üzü aşağı atıblar.

Qeyd edək ki, İŞİD silahlıları hər gün döyüşlərdə onlarla insana bu cür vəhşiliklər edirlər.




Teqlər:





Xəbər lenti