Kürdüstan müstəqillik referendumu keçirəcək

Kürdüstan müstəqillik referendumu keçirəcək
  04 İyul 2014    Oxunub:975
İraq kürdlərinin prezidenti Məsud Bərzani regional parlamentdən vilayətin müstəqilliyi haqqında referendumun təşkil olunmasını xahiş edib.
Bu barədə AzVision.az Reuters”-ə istinadən xəbər verir.

“İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatanın yaraqlıları ilə döyüşlərdən sonra kürdlər hökumət qüvvələri tərəfindən tərk edilən rayonları ələ keçirib və öz vilayətlərinin ərazisini 40 faiz genişləndiriblər.

“Öz taleyimizi müəyyənləşdirmək vaxtı yetişib. Başqalarının bunu etməsini gözləyə bilmərik” - deyə, Bərzani bildirib. Onun sözlərinə görə, bu məqsədlə müstəqil seçki komissiyası yaradılacaq, həmçinin referendum keçiriləcəyi tarixi müəyyənləşdiriləcək.

Bu ideya Bağdad tərəfindən müsbət qarşılanmayıb. İraqın baş naziri Nuri Maliki isə belə referendumun keçirilməsinin konstitusiyaya zidd olduğunu və “heç kimin baş verən hadisələrdən öz məqsədləri üçün istifadə etməyə haqqı olmadığını bildirib”.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti