Daha bir güləşçimiz Avropa çempionatında qızıl medal qazanıb

Daha bir güləşçimiz Avropa çempionatında qızıl medal qazanıb
  22 May 2024    Oxunub:903
Azərbaycanın daha bir yunan-Roma güləşçisi - Qurban Qurbanov Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
AzVision.az xəbər verir ki, 82 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda rusiyalı İslam İsmayıloviç Əliyevlə qarşılaşıb.

Rəqibinə 8:2 hesabı ilə qalib gələn Q.Qurbanov Avropa çempionu tituluna yiyələnib.

97 kiloqramda çıxış edən Azərbaycanın digər güləşçisi Murad Əhmədiyev (97 kiloqram) isə finlandiyalı Aapo Viitalanı 11:0 hesabı ilə üstələyərək üçüncü yeri tutub.

Daha əvvəl Nihad Quluzadə (60 kiloqram) gümüş medala sahib çıxıb.

Avropa çempionatı mayın 26-da başa çatacaq.

AzVision.az


Teqlər: idman   güləş   çempionat   qızıl-medal  





Xəbər lenti