Ukraynada Rusiyaya birləşmək məqsədilə özlərini müstəqil elan etmiş vilayətlərin özünümüdafiə dəstələri ilə hökumət qüvvələri arasında döyüşlər davam edir.
Çərşənbə günü gecəsi Kiyevin nəzarəti altında Ukrayna silahlı qüvvələri yaşayış məntəqələrində döyüşləri bərpa edib. Separatçılarla hakimiyyət qüvvələri arasında baş verən qarşıdurmalar nəticəsində ölənlər arasında dinc sakinlər də var.