Putin Qərbi inandırmaq cəhdlərini davam etdirəcək

Putin    Qərbi inandırmaq cəhdlərini    davam etdirəcək
  23 May 2024    Oxunub:1344
Kiyev və Qərb Rusiyanın bir neçə aydır Qərbi Ukraynaya dəstəyi dayandırmağa inandırmaq cəhdinə qalib gələrək, onun müdafiəsini məhv etmək üçün şərait yaratmasına imkan verməyib.
AzVision.az xəbər verir ki, Amerikanın Müharibəni Araşdırma İnstitutu (ISW), bununla belə, Kremlin daha bir cəhd göstərəcəyini istisina etmir.

Hərbi analitiklərin fikrincə, 2023-cü ilin payızından bəri Rusiya qoşunları Qərbi Ukrayna ilə bağlı planlarından əl çəkdiklərinə inandırmaq məqsədi daşıyan hücum əməliyyatları həyata keçirib. Ukraynaya hərbi yardımla bağlı ABŞ-da uzun sürən debatlar çox güman ki, Kremli öz səylərinin qismən uğurlu olduğuna inandırıb.

Hərbi yardımın gecikdirilməsi Rusiya qüvvələrinə döyüş meydanında əvvəllər əldə edə bildiklərindən daha böyük uğurlar qazanmaq üçün şərait yaratdı. Rusiya komandanlığı yəqin ki, öz qoşunlarının yaxın və ya orta müddətdə Ukraynanın cəbhə xəttini məhv edə biləcəyi qənaətinə gəlib.

Bununla belə, Ukrayna ordusu Rusiya qüvvələrinin əhəmiyyətli əməliyyat irəliləyişinin qarşısını uğurla alaraq, onların ciddi taktiki nailiyyətlər əldə edə bildiyi əraziləri məhdudlaşdırdı.

“ABŞ-nin yardım barədə qərarı və Avropanın Ukraynaya dəstək göstərilməsi yönünda səfərbərlik səylərini gücləndirməsi Moskvanın Qərbi Rusiyanın qələbəsini qəbul etməyə inandırmaq cəhdlərinin uğursuzluğu ilə nəticələndi”, - ISW yazır.

Son 7 ayda aparılan əməliyyatların gedişi çox güman ki, Rusiya prezidenti Vladimir Putini davamlı hücum əməliyyatlarının Rusiyaya Ukraynanı tədricən fəth və Ukrayna dövlətçiliyini “parça-parça” məhv etməyə imkan verəcəyinə inandırıb.

Ekspertlərin ehtimalına görə, Putin Qərbin Ukraynaya dəstəyini zəiflətməsinin nəticə etibarı ilə onun qalibiyyət nəzəriyyəsinə çevriləcəyi qənaətinə gəlib. Bu baxımdan, çox güman ki, Putin Qərbi təslim olmağa və Ukrayna dövlətçiliyini məhv etməyə inandırmaq səylərini dayandırmayacaq.

- Həmçinin, Putin və Rusiya hərbçiləri ələ keçirdikləri əraziləri Ukraynanın geri qaytara bilməyəcəyi və Rusiyanın sürünən irəliləyişinin, hətta böyük itkilər bahasına da olsa, son nəticədə onun ümumi uğuruna gətirib çıxaracağı qənaətinə gəliblər. Rusların belə qiymətləndirmələri Putini tam qələbə üçün müharibəni davam etdirməyə təşviq edəcək” , - İSV belə nəticəyə gəlib.

Xatırladaq ki, Ukrayna prezidenti Volodomir Zelenski bir müddət əvvəl Qərb tərəfdaşlarının Rusiyanın müharibədə məğlub olmasından qorxduğunu bildirib. Onun sözlərinə görə, qərbdəkilər Rusiya uduzmadan Ukraynanın qalib gəlməsini istəyirlər.

“Çünki bu, gözlənilməz məğlubiyyət və gözlənilməz geosiyasət olacaq” , - Zelenski deyib.

ISW-nin analitikləri, həmçinin, ABŞ-nin Ukraynaya yardımını bərpa etdiyinə görə Rusiyanın planlaşdırıldığından daha tez Ukraynaya yeni hücuma keçməyə məcbur olduğunu düşünürlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İSV   Putin   Ukrayna  





Xəbər lenti