Daha bir cüdoçumuz dünya çempionu olub

Daha bir cüdoçumuz dünya çempionu olub
  23 May 2024    Oxunub:970
Mayın 23-də -100 kq çəki dərəcəsində dünya reytinqində 5-ci olan Zelim Kotsoyev Əbu-Dabidə keçirilən cüdo üzrə Dünya çempionatında qızıl medal qazanıb.
AzVision.az xəbər verir ki, 25 yaşlı idmançımız Koreya, İsrail, İspaniya və Portuqaliyadan rəqiblərinə qalib gəlib. Onun rəqibləri arasında Olimpiya bürünc medalçısı, ikiqat dünya çempionu, portuqaliyalı Yorqe Fonseka və ikiqat dünya çempionu, ispaniyalı Nikoloz Şerazadişvili də olub.

Zelim finalda kanadalı Şadi Elnahasa qalib gələrək Dünya Çempionu titulunu qazanıb.

İdmançımız son 2 dünya çempionatında bürünc medal qazanıb və 2023-cü ildə Avropa çempionu olub. Dünya cüdo arenasında yüksək səviyyədə çıxış edən Zelim 16 yaşından Azərbaycan milli komandasının üzvüdür.

AzVision.az


Teqlər: idman   cüdo   çempion  





Xəbər lenti