Ərdoğan Ermənistanla sərhədləri açır - İDDİA
AzVision.az-ın məlumatına görə, bu barədə Türkiyənin “Tərəf” qəzeti məlumat yayıb.
Qəzetin iddiasına görə, baş nazir Dağlıq Qarabağ müharibəsinə görə, bağlanan Ermənistanla sərhədlərin açılması istiqamətində hazırlıq işlərinin tamamlanması ilə bağlı tapşırıq verib.
Məlumatda bildirilir ki, Türkiyə-Ermənistan sərhəddinin sentyabr ayında açılması planlaşdırılır. Bu adddım Türkiyənin həm ABŞ, həm də ermənistanla münasibətlərinin qaydaya salınması məqsədi daşıyır.
Qeyd edək ki, bu haqda rəsmi Ankara hər hansı mövqe ortaya qoymayıb.
Fatimə Kərimli