Kiyev Rusiya helikopterlərini vuracaq

Kiyev Rusiya helikopterlərini vuracaq
  04 İyul 2014    Oxunub:787
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Andrey Parubiy bəyan edib ki, Ukrayna ölkə sərhədlərini pozan Rusiya helikopterlərini vuracaq.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

O, həmçinin qeyd edib ki, Ukrayna sərhədçiləri dəfələrlə belə faktları qeydə alıb.

“Ukrayna xəbərdarlıq edir ki, sərhədlərin təkrar pozulması zamanı biz Rusiya helikopterlərini vuracağıq” - deyə, Parabiy bildirib.

Parabiy vurğulayıb ki, Ukrayna Rusiya hərbçilərinin yerdəyişməsini müəyyənləşdirmək məqsədilə Rusiya və Belarusla olan sərhəddə uçuşlar həyata keçirir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti