İraqlı qadınlar silahlanır

İraqlı qadınlar silahlanır
  04 İyul 2014    Oxunub:1149
İraqın Kərbəla bölgəsində yaşayan şiə qadınlar silahlanmağa başlayıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb qadınların İŞİD terrorçuların təcavüzünə məruz qalmaqdan narahat olmalarıdır.

İraqın şiə lideri Nuri əl-Maliki də qadınların bu addımını dəstəkləyir.

Qadın hüquqları müdafiəçisi Bəsma əl-Hatibin sözlərinə təcavüz İraqın acı həqiqətlərindən biridir: “Əminəm ki, Mosulda da bu faciə baş verir. Kərbəlaya gəlsələr burada da eyni şeyləri edəcəklər. Onu da qeyd edim ki, təkcə İŞİD-çilər yox, bütün silahlı qruplaşmalar qadınlara təcavüz edir”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti