Boksçumuz Paris-2024-ə lisenziya qazanıb
![Boksçumuz Paris-2024-ə lisenziya qazanıb Boksçumuz Paris-2024-ə lisenziya qazanıb](https://azvision.az/photos/2024/05/d10a63cb-2b49-3145-a707-bf7ff92ed45a_850-1717148612.jpg)
Boksçu 1/4 finalında Xose Manuel Viafara (Kolumbiya) ilə qarşılaşıb. Rəqibini 3:2 hesabı ilə məğlub edən Həsənov yarımfinala yüksəlməklə yanaşı, olimpiadaya lisenziyanı da rəsmiləşdirib.
Bu, boks üzrə Azərbaycan millisinin Paris-2024 Yay Olimpiya Oyunlarına qazandığı 4-cü vəsiqə olub. Daha əvvəl Nicat Hüseynov (51 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) də eyni nailiyyətə imza atıblar.
Qeyd edək ki, Banqkokdakı yarış iyunun 2-də bitəcək. Boksçularımızdan Şamil Əsgərov (57 kq), Alfonso Dominqes (92 kq) və Zeynəb Rəhimova (54 kq) da lisenziya uğrunda mübarizəni davam etdirirlər.
AzVision.az
Teqlər: