Azərbaycan şahmatçısı beynəlxalq turnirin qalibi oldu

   Azərbaycan şahmatçısı beynəlxalq turnirin qalibi oldu
  02 İyun 2024    Oxunub:862
Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən şahmat üzrə "Dubai Open 2024" beynəlxalq turnirinin qalibi məlum olub.
AzVision.az xəbər verir ki, son tura lider kimi başlayan Azərbaycan şahmatçısı Məhəmməd Muradlı bu gün yekun partiyada heç-heçə oynayıb. 9-cu turda M.Muradlı çinli Dai Changrenlə xalı yarı bölüb.

Beləliklə, 9 turda ümumilikdə 7 xal toplayan Məhəmməd Muradlı "Dubai Open 2024"ü qalib kimi başa vurub. Yarışın qalibi adını qazanan şahmatçımız həm də 16 000 ABŞ dolları məbləğində pul mükafatına layiq görülüb.

Turnirdə 6,5 xal toplayan digər şahmatçımız Eltac Səfərli 2-6-cı yerləri bölüşdürüb. Əlavə əmsallara görə E.Səfərli 6-cı yeri tutub.

Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov yarışdan sonra şahmatçılarla görüşüb, eyni zamanda Məhəmməd Muradlını qələbə münasibətiylə təbrik edib.

AzVision.az


Teqlər:





Xəbər lenti