Gimnastlarımızdan 7 qızıl medal

   Gimnastlarımızdan    7 qızıl medal
  02 İyun 2024    Oxunub:1175
Azərbaycan bədii gimnastları Monteneqronun Budva şəhərində keçirilən “Montenegro Cup”da yeddi qızıl, bir gümüş və bir bürünc medal qazanıblar.
Böyüklər arasında Mədinə Dəmirova (çoxnövçülük) qızıl mükafata yaliq görülüb.

Gənclər arasında Şəms Müvəffəqi gümüş, Mədinə Abbaslı bürünc medal (hər ikisi çoxnövçülük) əldə edib.

Yeniyetmələrdən Məryəm Baloğlanova və Nur Sadıqova hər biri üç qızıl mükafata yiyələnib. Onlar halqa, top və gürzlərlə hərəkətlərdə uğurlu çıxış ediblər.




AzVision.az


Teqlər:





Xəbər lenti