Maksim Medvedev karyerasını başa vurdu

   Maksim Medvedev karyerasını başa vurdu
  02 İyun 2024    Oxunub:966
“Qarabağ”ın kapitanı Maksim Medvedev karyerasını başa vurub.
AzVision.az xəbər verir ki, Azərbaycan kubokunun bu gün keçirilən “Qarabağ” - “Zirə” final matçı Medvedev üçün sonuncu oyundur. Görüşdən əvvəl “Qarabağ”ın prezidenti Tahir Gözəl və direktoru Emrah Çelikel Medvedevə xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, millimizin də üzvü olmuş 35 yaşlı futbolçu 18 il ərzində (2006-2024-cü illər) “Qarabağ”ın şərəfini qoruyub. O, Ağdam klubunun heyətində 552, millidə isə 81 oyun keçirib.

AzVision.az


Teqlər:





Xəbər lenti