Dünyanın ən varlı prezidentləri - SİYAHI
AzVision.az xəbər verir ki, qəzetin araşdırmasna görə, dünyanın ən varlı ölkə rəhbəri Rusiya prezidenti Vladimir Putindir.
Onun sahibi olduğu var-dövlətin miqdarı dəqiq olmasa 40-70 milyard dollar arasında dəyişir.
Siyahıda ikinci yeri 30 milyard dollar sərvəti olan Tayland kralı Bhumibol Adulyadey tutur.
Bruneyn sultanı Həssənal Bolkiah 20 milyard dollar sərvəti ilə 3-cü, Səudiyyə kralı Abdullah bin Əbdüləziz Al Səud 18 milyard dollar sərvəti ilə reytində 4-cü yerdədir.
Ən varlı liderlər sırasında 5-ci yerdə 15 milyard dollar var-dövləti olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Xəlifə bin Zaid Al Nəhyanadır.
6-cı yeri isə həmin ölkənin vitse-prezidenti, 4 milyard dollar sərvəti olan Şeyx Məhəmməd bin Rəşid Al Məktum tutur.
Siyahını Lixtenşteyn şahzadəsi Hans Adam və Şimali Koreya lideri Kim Çen İn davam etdirir. Onların hər birinin 5 milyard dollar sərvəti var.
ABŞ prezidenti Barak Obamanın və Almaniya kansleri Angela Merkelin 12 milyon dollar sərvətinin olduğu ehtimal olunur.
Liderlərin var-dövləti onların ölkəsindəki adambaşına düşən gəlirlə müqayisədə belədir:
Məsələn, Şimali Koreya adambaşına düşən gəlir 800 dollar, Taylandda 4 min 400 dollardır.
Fatimə Kərimli
Teqlər: