Azərbaycanlı idmançı Fransada qələbə qazandı

Azərbaycanlı idmançı Fransada qələbə qazandı
  04 İyun 2024    Oxunub:733
Atçılığın dresaj növü üzrə Azərbaycan millisinin üzvü Aqata Zəhrabəyova Fransanın Le Man şəhərində keçirilən CDİP kateqoriyalı beynəlxalq yarışın qalibi olub.
Bu barədə Azərbaycan Respublikası Atçılıq Federasiyası xəbər yayıb. Məlumata görə, yarışın final mərhələsinə yüksələn təmsilçimiz rəqiblərini 75,9 faizlik balla qabaqlayaraq kubokun sahibi olub.

Qeyd edək ki, ilin sonunadək daha bir neçə beynəlxalq turnirdə iştirak etməsi planlaşdırılan A.Zəhrabəyova təlimlərini Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Almaniyanın Düsseldorf şəhərində davam etdirir. Xatırladaq ki, yarışda ümumilikdə 21 ölkə təmsil olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti