“Səbail” kapitanı ilə yolları ayırdı
Ramazanov karyerası ərzində 2 dəfə - 2018-2020 və 2022-2024-cü illər mövsümündə “dənizçilər”in formasını geyinib, ümumilikdə 80 oyuna çıxıb. O, bu matçlarda 20 qol vurub, 8 məhsuldar ötürmə edib.
Həmçinin “Səbail” futbolçusu Samir Abdullayevlə müqaviləsini uzadıb.
Yarımmüdafiəçi ilə sözləşmə 1 illikdir. O, ötən mövsüm komandanın heyətində Misli Premyer Liqasında 22, Azərbaycan Kubokunda 4 oyuna çıxıb. Oyunçu bu görüşlərdə 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib. Azərbaycan U-21 milli komandasının üzvü 2022-ci ildən “dənizçilər”in formasını geyinir.
AzVision.az