Millimiz Dünya Kuboku seriyasının qalibi oldu

Millimiz Dünya Kuboku seriyasının qalibi oldu
  08 İyun 2024    Oxunub:860
Akrobatika gimnastikası üzrə millimizin üzvləri Dünya Kuboku seriyası üzrə ən yüksək nəticəni əldə edib.
AzVision.az Azərbaycan Gimnatika Federasiyasına istinadən xəbər verir ki, Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi cütlüyü Dünya Kuboku seriyasında hər üç əyarlı medalın sahibi olub və Dünya Kuboku seriyasının ümumi nəticəsinə əsasən kuboka layiq görülüblər.

Onlar Bolqarıstan, Portuqaliya və Polşada baş tutan Dünya Kuboklarında müvafiq olaraq gümüş, qızıl və bürünc medal qazanıblar. Ağasif Rəhimov və Raziyə Seyidlinin təmsil etdiyi qarışıq cütlük isə ötən il qazandıqları Dünya Kuboku seriyasının qalibi adını bu il də qoruya biliblər. Bolqarıstanın Burqas şəhərindəki çıxışlarına görə 1-ci yerə layiq görülən idmançilarımız

Portuqaliyanın Maya şəhərindəki yarışa gümüş medalla yekun vurublar və Jeşuvda bütün rəqiblərini geridə qoyaraq fəxri kürsünün ilk pilləsinin sahibi olmağı bacarıblar.
AzVision.az



Teqlər:





Xəbər lenti