İŞİD lideri ortaya çıxdı

İŞİD lideri ortaya çıxdı
  06 İyul 2014    Oxunub:1052
ABŞ onun başına 10 milyon dollar mükafat qoyub
“İraq və Şam İslam Dövləti” (İŞİD) silahlı qruplaşmasının lideri Əbubəkr əl Bağdadinin çıxış etciyi video yayılıb.

Bu günə qədər üzünü gizlədən Əbubəkr əl Bağdadi özünü xəlifə elan etdikdən sonra ilk dəfə ortaya çıxıb. 21 dəqiqə davam edən videoda o, bütün müsəlmanlardan özünə beyət etmələrini istəyib.

Çəkilişin Mosulda bir məsciddə aparıldığı bildirilir. Bağdadi cümə xütbəsi verərək namaz qıldırıb.

İndiyə kimi Bağdadiinin iki fotoşəkli var idi. Onların biri Amerika Federal Təhqiqat Bürosuna, ikincisi isə İraq Daxili İşlər Nazirliyinə aiddir. Bağdadi ABŞ-ın ən çox axtardığı beş adamdan biridir və başına 10 milyon dollar mükafat qoyulub.ans


Teqlər:





Xəbər lenti