Makron istefa verməyə hazırdır - “Europe 1”

      Makron istefa verməyə hazırdır    - “Europe 1”
  11 İyun 2024    Oxunub:1051
Növbədənkənar parlament seçkilərində sağ qüvvələr qalib gələrsə, Fransa prezidenti Emmanuel Makron istefa verməyə hazırdır.
AzVision.az xəbər verir ki, bu barədə “Europe 1” radiostansiyası öz mənbəsinə istinadən məlumat yayıb.

Avroparlamentə seçkilərdə mərkəzçi çoxluq qalib gəlib
Onun sözlərinə görə, Makron artıq yaxın ətrafında olanlar belə bir ssenarini müzakirə edir: "O, beş illik səlahiyyət müddətinin sonunu qurban verməyə hazırdır. Prezidentin istefası tabu deyil. Bəli, bütün variantları nəzərdən keçirmək lazımdır”.

Eyni zamanda, nəşr yazıb ki, əslində istefa Makronun üstünlük verdiyi variant deyil və o əslində 2027-ci il prezident seçkilərinə qədər sağçı parlamentlə birgə fəaliyyət göstərməyə də hazırdır.

Qeyd edək ki, iyunun 9-da Avropa Parlamentinə keçirilən seçkilər sağ və millətçi siyasi qüvvələrin böyük üstünlüyü ilə başa çatdı. Avropa İttifaqının (Aİ) iki qüdrətli dövləti Almaniya və Fransada hakim partiyalar uğursuzluqla üzləşdilər.

Bundan sonra Emmanuel Makron Fransa Milli Assambleyasının (Fransa parlamentinin aşağı palatası) buraxılması və növbədənkənar seçkilərin keçirilməsi barədə qərar qəbul etdi.

“Mən növbədənkənar parlament seçkiləri təyin edirəm. Birinci tur iyunun 30-da, ikinci tur isə iyulun 7-də keçiriləcək", - Prezident fransızlara televiziya müraciətində deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Fransa   Makron  





Xəbər lenti