Sülhəddin Əkbər partiyasını yaratdı

Sülhəddin Əkbər partiyasını yaratdı
  06 İyul 2014    Oxunub:1143
Bu gün saat 11-dən başlayaraq, VHP-nin qərargahındakı akt zalında yeni siyasi hadisə baş verməkdədir.
AzVision.az musavat.com-a istinadən xəbər verir ki, uzun illər Müsavat partiyasının rəhbərliyində, daha sonra isə sabiq spiker Rəsul Quliyevin təşkilatında yer alan Sülhəddin Əkbər yenidən təşkilatlanma prosesini qurultay səviyyəsində davam etdirir. İndi onun təşkilatı Azad Demokratlar Partiyası adlanır. Təşkilatda bir zamanlar Müsavat Partiyasından gedən bir neçə şəxs də təmsil olunur.

İlk prosedur olaraq 198 nəfər qurultay üzvü qeydiyyatdan keçib.Təsis qurultayı Azərbaycan himninin oxunması ilə başlayıb. Daha sonra say, mandat komissiyasının üzvləri seçilib. İlk olaraq çıxış uçun söz Azad Demokratlar Partiyasının Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbərə verilib.

O, partiyanın nizamnaməsini, görülən işləri, gələcəyə dair planları qurultay iştirakçılarının diqqətinə çatdırıb. Ardınca Tapdıq Abbas çıxış edib.

Qurultayda səslənən məlumatlara əsasən, partiya 2012 ci ilin dekabrında yaradılıb. 51 rayonda bölmələrinin olması iddia edilir.


Teqlər:





Xəbər lenti